Xarici ölkəyə qaçan əsgərlərimiz barədə cinayət işi başlanıb
Avqustun 5-də Müdafiə Nazirliyi, Şəmkir hərbi birləşməsinin Gəncə şəhərində yerləşən hərbi hissəsində 2 əsgərinin xidmət yerini özbaşına tərk etməsi ilə əlaqədar cinayət işi başlanılıb. Gəncə Hərbi Prokurorluğundan Lent.az-a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 333-cü (hərbi hissəni özbaşına tərk etmə) maddəsi ilə iş qaldırılıb.
Məlumata görə, Göyçay rayonunun Ləkçiplaq kənd sakinləri olan iki qardaş -1989-cu il təvəllüdlü Nəcəfov Vasif Sübhan oğlu və 1990-cı il təvəllüdlü Nəcəfov Dilqəm Sübhan oğlu avqustun 5-də Gəncə şəhərində, xidmət etdiyi N saylı hərbi hissədə keçirilən andiçmə mərasimindən sonra ərazini tərk edib. Əsgərlər mərasimdən sonra öz valideynləri və qohumları ilə birgə şəhərə gəzməyə çıxıblar. Sonra valideynlərini aldadaraq onlardan ayrılan qardaşların Gəncəni tərk edərək Qazax rayonuna getdiyi və oradan da Gürcüstana keçdiyi ehtimal olunur.
Məlumatda o da bildirilir ki, andiçmədən bir gün qabaq valideynlərinə telefonla zəng edən əsgərlər onların yanına gələrkən evdən ümumvətəndaş pasportlarını (xarici pasport) da gətirmələrini tələb ediblər. Əsgərlər pasportların guya hərbi hissədən istənildiyini bildiriblər.
Qeyd edək ki, Vasif və Dilqəm Göyçayın Ləkçiplaq kəndində anadan olub və Qaraman kənd orta məktəbini bitiriblər. Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirib hərbi xidmətə çağırılıblar. Vasif Nəcəfovun ötən il yay tətili vaxtı Türkiyəyə gedərək işlədiyi bildirilir və onların da elə həmin ölkəyə qaçdığı ehtimal olunur.
Hərbi hissəni özbaşına tərk edən əsgərlərin axtarışı hal-hazırda davam etdirilir. Onların tapılması üçün hərbi prokurorluq müvafiq qurumlara müraciət edib, sorğular göndərilib. Xəbəri ilk olaraq APA agentliyi yayıb.
Nizam RZA

Oxşar yazılar

Bakıda küçədə lüt gəzən oğlan saxlanıldı
18 iyul 2025 , 11:07
Şüvəlanda dənizdə batan futbolçunun meyiti sudan çıxarıldı - YENİLƏNİB
18 iyul 2025 , 09:04
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40