“AMEA Rəyasət Heyəti legitim deyil”
04 sentyabr 2012 14:02 (UTC +04:00)

“AMEA Rəyasət Heyəti legitim deyil”

Buna səbəb AMEA üzvlüyünə seçkilərin hələ də keçirilməməsidir. Bu barədə APA-ya açıqlamasında AMEA prezidenti Mahmud Kərimov bildirib.

M. Kərimovun sözlərinə görə, AMEA-nın həqiqi və müxbir üzvü yerinə seçkilər ilin sonuna qədər saxlanılıb: “Bu ilin sonuna qədər seçkilər mütləq keçirilməlidir. Çünki artıq seçkilərin vaxtı çoxdan keçib. Ən vacib məqamlardan biri də ondan ibarətdir ki, artıq AMEA Rəyasət Heyəti legitimliyini itirib. Çünki Rəyasət Heyəti üzvlərinin də müddəti bitib. Onlar, o cümlədən prezident və vitse-prezidentlər 5 ildən bir seçilir. Bizim də müddətimiz bitib. Demək olar ki, hazırda qeyri-legitim fəaliyyət göstəririk”.


M. Kərimov deyib ki, AMEA üzvlüyünə seçkilər sonuncu dəfə 2007-ci ilin iyul ayında keçirilib: “Bəzi institutlarda direktor vəzifələri də boşdur. Bu yerlərə namizədlər məlumdur. Yalnız elan vermək və müsabiqəni keçirmək qalır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1592

Oxşar yazılar