Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haker hücumlarına münasibət bildirib
04 sentyabr 2012 11:11 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haker hücumlarına münasibət bildirib

Son bir neçə gündə ermənilər tərəfindən müxtəlif texnoloji üsullarla Azərbaycanın dövlət orqanlarının, informasiya agentliklərinin, əyləncə saytlarının fəaliyyətinə əngəllər yaratmağa, onu dayandırmağa, həmçinin məzmununa müdaxilə etməyə cəhdlər göstərilir.


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, ermənilər törətdikləri bu qeyri-qanuni əməlləri öz kütləvi informasiya vasitələrində açıq-aşkar etiraf edir və qürrələnirlər.

Hətta yalan məlumat yayaraq ölkə başçısının saytına müdaxilə olunduğunu da bildirirlər: “Lakin qeyd edirik ki, bu aşkar yalandır və Azərbaycan Respublikası Prezidentinin saytı tamamilə işlək vəziyyətdədir, bütün həmlələr dəf edilib. Az sayda digər qurumların saytlarına baş vermiş müdaxilələr isə qısa bir zamanda aradan qaldırılıb və edilən həmlələrin qarşısının alınması üçün tədbirlər görülüb”.

Nazirlik bildirir ki, azərbaycanlılar tərəfindən 30-dək sayta edilmiş müdaxilələr barədə erməni mənbələrinin yaydığı məlumatlar öz təsdiqini tapmayıb və bu öz hərəkətlərinə bəraət qazandırmaq üçün ermənilərin yaydığı növbəti uydurmadır: “Təəssüflə qeyd etmək lazımdır ki, ermənilər tərəfindən atılan bu addımlar tamamilə qanunaziddir və şəbəkə vasitəsilə mütəşəkkil hücumlar həyata keçirərək insanların məlumat almaq və biznes aparmaq hüquqlarının məhdudlaşdırılması beynəlxalq normaları pozurlar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 851

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00