Rəsmi Bakıdan qəti mövqe
Ramil Səfərovun Azərbaycana gətirilməsi və əfv olunması zamanı heç bir qanun pozuntusu olmayıb. APA-nın verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ramil Səfərovla bağlı bu gün Rusiya XİN-i tərəfindən yayılan bəyanatı şərh edərkən deyib. O bildirib ki, Ramil Səfərovun Azərbaycana gətirilməsi və əfv olunması zamanı nə Azərbaycan nə də Macarıstan heç bir qanun pozuntusuna yol verməyib, beynəlxalq konvensiya və beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilib. “Ermənistanın isterikası, şou və populizm xatirinə edilir. Ermənistan uğursuz ölkədir, bu isteriyadan dividentlər qazanmağa çalışır”, - Abdullayev deyib.
O xatırladıb ki, məhz Ermənistan Azərbaycana qarşı dəfələrlə cinayətlər törədib. “Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq bu məsələdə işğal faktorunu nəzərə almalıdır”.
Mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, Ramil Səfərovun ekstradisiyası iki müstəqil ölkə arasında keçirilən bir proses olub.

1935