Musavat.com və qafqazinfo.az da hücuma məruz qaldı
03 sentyabr 2012 22:16 (UTC +04:00)

Musavat.com və qafqazinfo.az da hücuma məruz qaldı

Bu gün axşam saatlarında musavat.com və qafqazinfo.az saytlarına da hüsum başlayıb. Musavat.com-dan Lent.az-a bildirilib ki, bir neçə gün duruş gətirsə də, nəhayətdə 3 sentyabr saat 20.05 radələrində sayt hücumlar səbəbindən fəaliyyətinə fasilə vermək məcburiyyətində qalıb.

Eyni aqibətlə qafqazinfo.az saytı da üzləşib.

“Yeni Müsavat”ın texniki redaktoru Cavid Sərxanbəyli dedi ki, hücumların konkret haradan edildiyi araşdırılır: “Saytın bərpası istiqamətində çalışırıq, hələlik hansı miqyasda ziyan dəydiyinin dəqiqləşdiririk”.

Qeyd edək ki, bu hücumlar Ramil Səfərovun Macarıstandan gətirilməsindən və əfv edilməsindən sonra başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3731

Oxşar yazılar