Lökbatandakı qəzanın səbəbkarlarına həbs qətimkan tədbiri
03 sentyabr 2012 17:41 (UTC +04:00)

Lökbatandakı qəzanın səbəbkarlarına həbs qətimkan tədbiri

Avqustun 31-də paytaxtın Qaradağ rayonu ərazisində 6 nəfərin ölümü və 44 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsinə səbəb olmuş şəxslər məhkəmə qarşısına çıxarılıb. Baş prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, cinayət işi üzrə Prokurorluğun və Daxili İşlər orqanlarının müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb, məhkəmə-tibbi ekspertizaları təyin edilib, çoxsaylı şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Hadisə zamanı xəsarət almış şəxslərin xəstəxanalara yerləşdirilməsi təmin olunub, onlardan 16-na ilkin tibbi yardım göstərilməklə evə buraxılıb, 28-nin isə stasionar şəraitdə müalicələri davam etdirilir.

Cinayət işi üzrə Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi İsmayılov Eyyub Məhəmməd oğlu Cinayət Məcəlləsinin 262.3-cü maddəsi, “Daewoo” markalı sərnişin avtobusunun sürücüsü Ağayev Fərid Ağamir oğlu isə həmin məcəllənin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə istintaq davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3050

Oxşar yazılar