Bakıda 18 yaşlı oğlanın qanını tökdülər
Sentyabrın 3-nə keçən gecə Bakıda bıçaqlanma hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 20-ci sahə yaşayış massivindən 1994-cü il təvəllüdlü Atakişiyev İlkin Ehtiram oğlu bıçaq xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarətləri olan gənc əməliyyat edilib və onun həyatı xilas olunub.
Aparılmış təcili və təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Quliyev Fərid Əlisahib oğlu tərəfindən törədilməsi müəyyən edilib. 17 yaşlı oğlan tutularaq istintaqa təhvil verilib.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Nizam RZA

1583