Baş Prokurorluq dəhşətli hadisə ilə bağlı məlumat yaydı
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 31-də Xaçmaz rayonunun Alekseevka kənd sakinləri 1928-ci il təvəllüdlü Məmmədov Möhübbət Seyidbala oğlunun, arvadı 1957-ci il təvəllüdlü Xatun Məmmədovanın və qızı 1998-ci il təvəllüdlü Xatirə Məmmədovanın üzərində zorakılıq əlamətləri olan meyitlərinin yaşadıqları evdə aşkar edilməsi barədə daxil olmuş məlumatla əlaqədar rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri hərəkətlər yerinə yetirilib.
Hadisə yerindən 16 mm kalibrli qoşalülə ov tüfəngi, həmin silaha aid patron, giliz və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar müəyyən edilərək götürülüb.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə intensiv və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.

3088