Ramil Səfərovun atası: “Əfv olunması mənim üçün gözlənilməz, ikiqat sevinc oldu”
31 avqust 2012 19:37 (UTC +04:00)

Ramil Səfərovun atası: “Əfv olunması mənim üçün gözlənilməz, ikiqat sevinc oldu”

“Oğlumun Azərbaycana təhvil veriləcəyini öncədən bilirdim”. Lent.az-ın verdiyi məlumata görə, bunu baş leytnant Ramil Səfərovun atası Sahib Səfərov söyləyib.

Bununla belə, Sahib Səfərov Ramil Səfərovun əfv edilməsinin onun üçün gözlənilməz olduğunu bildirib: “Ramilin ayağı Azərbaycan torpağına dəyən anda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən əfv olunması mənim üçün gözlənilməz, ikiqat sevinc oldu. Mən dövlət başçımıza təşəkkür edirəm. Ramil daim Azərbaycan xalqının dəstəyini hiss etdiyi, azadlığa çıxacağına ümidini heç vaxt itirmədiyi üçün ötən dövrdə sınmadı. Hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, hazırda yüzlərlə yaxını və Ramil Səfərovu sevənlər onun ata evindədir.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2707

Oxşar yazılar