Ramil Səfərov: “Bundan sonra da vətən, millət, dövlət üçün...”
31 avqust 2012 15:58 (UTC +04:00)

Ramil Səfərov: “Bundan sonra da vətən, millət, dövlət üçün...”

2004-cü ildə Macarıstanda həbs edilmiş Azərbaycan Milli Ordusunun zabiti Ramil Səfərov artıq ölkəmizə ekstradisiya olunub. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ramil Səfərovun əfv edilməsi barədə sərəncam verib və Ramil Səfərov artıq Bakıda, ailəsinin yanındadır. Lent.az-ın məlumatına görə, ata evində jurnalistlərə açıqlama verən Ramil Səfərov azadlığa çıxmağına həmişə inandığını deyib: “Əfv sərəncamına görə, prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Həmişə dövlətin qayğısını öz üzərimdə hiss etmişəm və həmişə də azadlığa çıxacağıma inanmışam. Bundan sonra vətənə, millətə, dövlətə faydalı bir sahədə çalışacağam”.

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14231

Oxşar yazılar