Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib
31 avqust 2012 14:35 (UTC +04:00)

Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib

Milli Ordunun əsgəri güllə yarasından ölüb. Lent.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin Ağdamda yerləşən N saylı hərbi hissəsinin əsgəri Xudaverdiyev Novruz Rasim oğlunun tabeliyində olan silahdan atəş açılması nəticəsində Dadaşov Pərvin İbadulla oğlu aldığı yaradan dünyasını dəyişib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3208

Oxşar yazılar