Sabirabadda polis zabiti niyə qətlə yetirilib? - TƏFƏRRÜAT
Lent.az-ın məlumatına görə, gecə saatlarında Xankeçən kəndi ərazisində, kənd sakinləri Gülhüseyn Abıyevlə Azad Zeynalov arasında münaqişə olub. Bununla bağlı Qaragünə Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Eldəniz Quliyevə məlumat verilib. Polis zabiti baş verə biləcək ağır cinayətin qarşısını almaq və vətəndaşların həyatını xilas etmək məqsədilə təcili olaraq hadisə yerinə gedib.
Polis zabiti münaqişə tərəflərindən intizama riayət etmələrini və qanunsuz hərəkətlərinə son qoymalarını tələb edib. E.Quliyevin tələbinə məhəl qoymayan G.Abıyev ov tüfəngindən atəş açaraq onu və A.Zeynalovu qətlə yetirib. G.Abıyev hadisə yerindən qaçıb.
Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində G.Abıyev tutulub. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Nizam RZA

4198