DİN və Baş Prokurorluqdan dəhşətli qəza ilə bağlı açıqlama
31 avqust 2012 12:25 (UTC +04:00)

DİN və Baş Prokurorluqdan dəhşətli qəza ilə bağlı açıqlama

Baş Prokurorluq və Daxili İşlər Nazirliyini bu gün Bakı şəhərinin Qaradağ rayonunda baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, avqustun 31-də saat 07:30-da Bakı-Ağstafa marşrutu ilə hərəkət edən sərnişin qatarı Qaradağ rayonu ərazisində hərəkətdə olarkən “Daewoo” markalı, 10 TF 427 dövlət nömrə nişanlı 124 №-li sərnişin avtobusu ilə toqquşub. Dərhal hadisə yerinə Daxili İşlər, Səhiyyə, Nəqliyyat və digər qurumların əməkdaşları gələrək qəzanın aradan qaldırılması, qəza nəticəsində xəsarət alan şəxslərə təcili tibbi yardım göstərilməsi və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 262.3-cü (Dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma) və 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb. Hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yeri və meyitlərə baxış keçirilmiş və digər zəruri hərəkətlər aparılıb. İlkin məlumata görə hadisə nəticəsində 6 nəfər ölüb, 47 nəfər tibbi yardım göstərilməsi üçün şəhər Klinik Tibbi Mərkəzə və Travmatologiya xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan artıq 18 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, 26 nəfərinin isə müalicələri davam etdirilir, onlardan 10-nun vəziyyəti orta ağır və ağırdır.

Hazırda şəhər prokurorluğunun istintaq idarəsində iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ölən və xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.

Baş Prokurorluqda (493-72-80), Daxili İşlər Nazirliyində (493-62-64), Səhiyyə Nazirliyində (565-12-75) nömrəli “Qaynar xətt” əlaqə mərkəzləri fəaliyyət göstərir.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4235

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21