Nazirlik: Dəhşətli qəzada zərərçəkənlərə hər cür yardım göstəriləcək
31 avqust 2012 11:59 (UTC +04:00)

Nazirlik: Dəhşətli qəzada zərərçəkənlərə hər cür yardım göstəriləcək

Nazirliyin şöbə müdiri Lent.az-a bildirib ki, qəzada ölən və xəsarət alanların ailələrinə hər cür yadım göstəriləcək: “Dövlət, həmçinin Nəqliyyat Nazirliyi qəzada dünyasını dəyişmiş şəxslərin, həm də yaralananlara lazımı diqqəti göstərəcək. Onlara hər cür maddi yardım ediləcək. Qəzaya məruz qalmış avtobusu 1986-cı il təvəllüdlü Ağayev Fərid Ağamir oğlu idarə edib. Onun barəsində də müvafiq araşdırmalar aparılacaq”.


Qeyd edək ki, 124 №li marşrut üzrə hərəkət edən 10 TF 927 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtobus bu gün Bakı-Ağstafa qatarı ilə toqquşub. Rəsmi məlumata görə, 3 nəfər hadisə yerində ölüb, 3 nəfər xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib, 8 nəfər reanimasiyadadır, ümumilikdə isə 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyri-rəsmi məlumatlarda isə ölən və yaralananların sayının daha çox olduğu qeyd edilir.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2006

Oxşar yazılar