Bakıda dəhşətli qəzaya səbəb olan sürücü həbs edilib
Bu gün səhər saatlarında Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı Puta stansiyasını keçərək Puta-Heybət mənzilinin 513-cü kilometrində yerləşən qorunan dəmir yolu keçidində keçidi keçməyə cəhd göstərən “Daewoo” markalı, 10 TF 427 dövlət nömrə nişanlı 124 saylı xətt üzrə hərəkət edən avtobusu ilə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 8 nəfər ölüb. 30-dan çox adam isə xəstəxanalara yerləşdirilib.
Qəzadan sonra avtobusun sürücüsü qaçıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, artıq həmin şəxs tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə iş başlanacaq. Hazırda müxtəlif təşkilatların, orqanların nümayəndələri ərazidədir.
Hadisə şahidlərinin bildirdiyinə görə, avtobusda təxminən 60 nəfər sərnişin olub. Avtobus relslərin üstündən keçərkən altı dəyib və hərəkətsiz vəziyyətdə qalıb. Yaxınlaşan qatar isə avtobusu ortadan vuraraq 100 metr məsafədə sürüyüb.
Nizam RZA

4085