Mahmudəli Çöhrəqani: “Cin şüşədən çıxdı...”
“Amerikalı konqresmen Dana Rorabaxerin İranda yaşayan azərbaycanlıların müstəqil olmaq arzusunu rəsmi qaydada gündəmə gətirməsi azərbaycanlıların milli azadıq uğrunda mübarizəsinə yeni nəfəs verib”. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) ABŞ-da mühacirətdə yaşayan lideri doktor Mahmudəli Çöhrəqani bildirib.
Çöhrəqani deyib ki, ilk dəfədir Azərbaycan məsələsi Birləşmiş Ştatların dövlət katibinin masası üzərində müzakirə olunur.
“Azərbaycan xalqının qanuni haqlarının dəstəklənməsi özlüyündə nəcib əməldir. Eyni zamanda bu, Tehran üçün onun yeraltı nüvə bunkerlərinin bombalanmasından daha böyük təhlükədir” - deyə o, qeyd edib.
GAMOH lideri onu da deyib ki, artıq cin şüşədən çıxdı: “Konqresmenin müraciəti birdən-birə baş verməyib. Bu, İrana xəbərdarlıq olmalıdır ki, azərbaycanlıların milli haqları uğrunda mübarizəsi nəticəsiz qalmayacaq”.

1763