İslam Partiyasının sədr müavini yenidən həbs olunub
30 avqust 2012 12:42 (UTC +04:00)

İslam Partiyasının sədr müavini yenidən həbs olunub

Şirvan Apellyasiya Məhkəməsində Respublika Prokurorluğu tərəfindən Azərbaycan İslam Partiyasının həbsdə olan təşkilati işlər üzrə sədr müavini Arif Qəniyevin barəsində olan məhkəmə qərarından verilən apellyasiya protesti əsasında məhkəmə prosesi başa çatıb.



Məhkəmədən APA-ya verilən məlumata görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya protesti təmin edilib. A. Qəniyevin qalan cəzasını cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul olunub və o, yenidən həbs olunub.



Qeyd edək ki, A. Qəniyev məhkəmənin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasının bir hissəsini çəkdikdən sonra vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. Məhkəmə onun müraciətini təmin edərək, iyulun 6-da vaxtından əvvəl azadlığa buraxılması üçün qərar qəbul edib. Həmin qərardan isə prokurorluq apellyasiya protesti verərək, qərarın ləğv olunmasını istəyib.



A. Qəniyev Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunub. O, Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda, xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə, eləcə də ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasında, insanların itaətsizliyə təhrik edilməsində şübhəli bilinir.



Keçirilmiş baxışlar nəticəsində Arif Qəniyevin üzərindən təxminən 19 qram narkotik vasitə olan həşiş və ona məxsus avtomobildən 1 ədəd “Makarov” tipli tapança, həmin odlu silaha aid 1 ədəd tapança darağı, 5 ədəd “PM” patronu aşkar edilərək götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1030

Oxşar yazılar