Ermənilər ordumuzun əsgərini yaraladı
APA-nın məlumatına görə, hadisə cəbhənin Füzuli rayonu istiqamətində qeydə alınıb. Ermənistan Silahlı Birləşmələrinin aşdığı atəş ordumuzun əsgəri İlkin Kamal oğlu Petiyevə dəyib. Yaralanan əsgər hospitala yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, dünən ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan tərəfi itki verib. Gizir Müşfiq İlham oğlu Bayramov düşmən gülləsinə tuş gəlib. M. Bayramov aldığı güllə yarasından şəhid olub.

1168