Bakı aeroportunda İran vətəndaşının çamadanından 38 min dollar çıxdı
29 avqust 2012 16:10 (UTC +04:00)

Bakı aeroportunda İran vətəndaşının çamadanından 38 min dollar çıxdı

Bakı-Tehran aviareysi ilə getmək istəyən İran İslam Respublikasının vətəndaşı Rostamipour Davar Hosseinə məxsus baqaj Heydər Əliyev Beynəlxalq Aeroportunda “Rapiscan-628” markalı “X-RAY” aparatında yoxlanılarkən monitorda pul əskinaslarına bənzər təsvirlər görünüb.

Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Rostamipour Davar Hosseinin çamadanına baxış keçirən zaman çamadanda olan qovluğun içindəki sənədlərin arasından hər biri 100 ABŞ dolları nominalında olmaqla 381 ədəd pul əskinası aşkarlanıb.

Halbuki o, apardığı malları yazılı və ya elektron formada bəyan etməyib, gömrük əməkdaşı tərəfindən mütləq qaydada bəyan ediləsi malların olub-olmamasi barədə şifahi sorğu-sual edilərkən üzərində və baqajında 1000 dollardan artıq xarici valyuta və digər mütləq bəyan olunası malların olmadığını bildirib. Faktla bağlı izahatında isə Rostamipour Davar Hossein ticarət fəaliyyəti ilə məşğul olduğunu və Bakıdakı hesabından 38 min 192 dollar çıxarıb, özü ilə nağd şəkildə İran İslam Respublikasına aparmaq istədiyini söyləyib. O, külli miqdarda xarici valyutanı gömrük orqanına bəyan etməməyinin səbəbini isə müvafiq qanunları yaxşı bilməməsi ilə izah edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1433

Oxşar yazılar