Yol polislərinin sürücünü döyməsi araşdırılacaq
Daxili İşlər Nazirliyi yol polislərinin sürücünü döyməsi kadrlarının əks etdirən videogörüntü ilə bağlı münasibət açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Lent.az-a bildirib ki, məsələ araşdırılır: “Bizim bu videogörüntülərdən xəbərimiz var, onu izləmişik. Nazirliyin aidiyyatı qurumları onunla bağlı araşdırma aparacaqlar. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq tədbirlər də görüləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə bir neçə yol polisi əməkdaşının sürücünü yol patrul xidmətinə məxsus “Hyundai” markalı avtomobilə salaraq döyməsini əks etdirən videogörüntülər yayımlanıb.
Nizam RZA
Qeyd edək ki, sosial şəbəkələrdə bir neçə yol polisi əməkdaşının sürücünü yol patrul xidmətinə məxsus “Hyundai” markalı avtomobilə salaraq döyməsini əks etdirən videogörüntülər yayımlanıb.
Nizam RZA
6226