Azərbaycanda yol “terror”u davam edir: 10 ölü
28 avqust 2012 13:50 (UTC +04:00)

Azərbaycanda yol “terror”u davam edir: 10 ölü

Lent.az-ın verdiyi məlumata görə, baş vermiş 10-dan çox hadisə nəticəsində 10 nəfər ölüb, 20 nəfərdən çox insan isə xəsarət alıb. Füzuli, Goranboy və Ucar rayonlarında baş vermiş qəzaların hər birində 2 nəfər ölüb, daha bir neçə şəxs isə yaralanıb.


- Bakı şəhərinin Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomaşınla Gəncə şəhər sakini Yalçın Atayevi vurulub. Nəticədə piyada hadisə yerində ölüb.

Lənkəran rayonunun Şiləvar kəndi ərazisində, kənd sakini Elvin Quliyev "VAZ 2107" markalı avtomaşını idarə edərkən yolun hərəkət hissəsində velosiped sürən həmkəndlisi Elcan Məmmədovu vurub. Nəticədə xəsarət almış E.Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb.


- Şamaxı rayonunun Dədəgünəş kəndi ərazisində, şəhər sakini Əlikram Əsədov "VAZ 2107" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə Ə.Əsədovun sərnişinlərindən Sürəyya İmanova hadisə yerində ölüb, xəsarət almış özü və digər sərnişinləri xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

- Avqustun 27-də saat 20.30 radələrində Hacıqabul rayonu ərazisində, Şirvan şəhər sakinləri Elmar Babayev "VAZ-21015" markalı avtomaşını idarə edərkən onu yol ayrıcındakı dəmir səddə, sonradan isə eyni istiqamətdə hərəkətdə olan Şirvan şəhər sakini Rəşad Cəbiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşına vurub. Nəticədə E.Babayevin avtomaşını aşıb və sərnişini, 3 aylıq körpə Həvva Mustafazadə aldığı xəsarətdən hadisə yerində ölüb.


Bundan başqa avqustun 25-də saat 07.30 radələrində Tovuz rayonunun Qovlar şəhəri ərazisində, qəsəbə sakini Rövşən Həsənovun idarə etdiyi "VAZ-2103" və rayon sakini Anar Tağıyevin idarə etdiyi "VAZ-2104" markalı avtomaşınlar toqquşması nəticəsində xəsarət almış A.Tağıyev xəstəxanada ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2848

Oxşar yazılar

Məktəbli qız çayda boğulub öldü

Məktəbli qız çayda boğulub öldü

31 iyul 2024 , 18:02
Bakıda gəmi YANIR   - YENİLƏNİB

Bakıda gəmi YANIR - YENİLƏNİB

31 iyul 2024 , 18:00
Şəhidin əmisini qətlə yetirənə HÖKM OXUNDU

Şəhidin əmisini qətlə yetirənə HÖKM OXUNDU

31 iyul 2024 , 17:28
Laçında faciəvi şəkildə ölən hərbiçilərimizin FOTOSU

Laçında faciəvi şəkildə ölən hərbiçilərimizin FOTOSU

31 iyul 2024 , 17:15
"Çirkli pulları yumaq"da təqsirləndirilən sabiq deputatdan YENİ XƏBƏR

"Çirkli pulları yumaq"da təqsirləndirilən sabiq deputatdan YENİ XƏBƏR

31 iyul 2024 , 16:35
Bir ailə  yol qəzasında həlak oldu

Bir ailə yol qəzasında həlak oldu

31 iyul 2024 , 16:31
Bakıda avtobus  qaçırıldı

Bakıda avtobus qaçırıldı

31 iyul 2024 , 15:52
Ordumuzun 4 hərbçisi həlak oldu  - SƏBƏB

Ordumuzun 4 hərbçisi həlak oldu - SƏBƏB

31 iyul 2024 , 14:21