Quba hadisələrinə görə tutulanların məhkəməsi başlayıb
Lent.az-ın məlumatına görə, 1 (027)-119/ 2012 nömrəli iş üzrə hakim Zamin Tahirovun sədrliyi və Elşad Xudaverdiyevin katibliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin vəkilləri, yaxınları, Helsinki Vətəndaş Assambleyasının (HVA) Azərbaycan nümayəndəliyinin yerli bürosunun rəhbəri, ATƏT-in Bakı Ofisinin nümayəndəsi iştirak edir.
Qeyd edək ki, avqustun 22-də keçirilən hazırlıq iclası təxirə salınıb. Buna səbəb təqsirləndirilən şəxslərin vəkillərinin iclasda iştirak etməməsi olub.
Qeyd edək ki, bu il martın 1-də Quba şəhərində baş verən iğtişaşları törətməkdə təqsirləndirilən Abdurəhmanov Fərhad Nəsib oğlu, Xanmədov Samir Valeh oğlu, Dənyalov Alxas Dənyal oğlu, Talıbov Samir Telman oğlu, Dadaşov Mətləb Valeh oğlu, Çobanov Sərvin Xanlar oğlu, Zakirov Murad Rüstəm oğlu və Ələsgərov Səxavət Şakir oğlu saxlanıblar. Onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2, 233, 315.2 maddələrinin tələblərini pozmaqda ittiham olunurlar. İttiham sübuta yetirilərsə, onları 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

912