Bakıda məhkum qadın intihar etdi
28 avqust 2012 11:13 (UTC +04:00)

Bakıda məhkum qadın intihar etdi

Bu gün Bakı şəhərində yerləşən və qadınların cəza çəkdiyi 4 saylı Cəzaçəkmə Müəssisəsində intihar hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, saat 09.00 radələrində məhbus, 1960-cı il təvəllüdlü Əliyeva Naibə Qəzənfər qızının yataqxanada mələfə ilə asılı vəziyyətdə olan meyiti tapılıb. Belə ki, qadın mələfəni çarpayıya dolayaraq özünü asıb.


Qeyd edək ki, intihar etmiş məhbus Cinayət Məcəlləsinin 206 (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələr) maddələri ilə 2011-ci ildə təqsirli bilinib. O, İrandan Azərbaycana narkotik vasitə keçirərkən tutulub və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2604

Oxşar yazılar