Lənkəranda konserv zavodunda yanğın söndürülüb – YENİLƏNİB –
27 avqust 2012 17:08 (UTC +04:00)

Lənkəranda konserv zavodunda yanğın söndürülüb – YENİLƏNİB –

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istindən verdiyi məlumata görə, Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən konserv zavodunda yanğın olub. Yanğın nəticəsində zavodun 350-400 kvadrat metr sahədə dam örtüyü və anbarın yanar konstruksiyaları, anbarda olan tara və plastik qablar yanıb.



Zavodun inzibati binası, istehsalat sexləri və ətraf tikililər yanğından mühafizə olunub. Yanğın tam söndürülüb.



Yanğının baş vermə səbəbləri araşdırılır.





***



“Gilan Holding”in Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən Konserv Zavodunda güclü yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Yanğından Mühafizə Hissəsindən (YMH) APA-nın cənub bürosuna verilən məlumata görə, yanğın bu gün saat 13.30 radələrində qeydə alınıb. Hadisə yerinə 6 yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Hazırda yanğın davam edir.



Məlumatlara görə, yanğın zavodun soyuducu anbarında başlayıb.



Qonşu Astara və Masallı rayonlarından da hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.
# 2321

Oxşar yazılar

Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09