Rusiyanın axtardığı Gürcüstan vətəndaşı Azərbaycanda tutuldu
Qazax Rayon Polis Şöbəsi əməkdaşları beynəlxalq axtarışa verilmiş şəxsi yaxalayıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Moskva vilayəti Baş Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası CM-nin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Gürcüstan vətəndaşı Maqomed Güselnov tutulub.
Məsələ ilə bağlı müvafiq dövlət qurumlarında iş aparılır.
Məsələ ilə bağlı müvafiq dövlət qurumlarında iş aparılır.
1272