22 yaşlı oğlanı əvvəlcə döydülər, sonra bıçaqladılar
24 avqust 2012 10:16 (UTC +04:00)

22 yaşlı oğlanı əvvəlcə döydülər, sonra bıçaqladılar

Qusarda gənc oğlan bıçaqlanıb. Hadisə bu gecə saat 00:30 radələrində baş verib. Qusar Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, rayonun Samur qəsəbəsinin sakini, 1990-cı il təvəllüdlü İbrahimov Raman Arif oğlu bir qrup şəxs tərəfindən döyülərək bıçaqlanıb.

Kimlər tərəfindən döyüldüyü hələlik məlum olmayan gənc Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1724

Oxşar yazılar