“Jiquli”nin vurduğu gənc hadisə yerində öldü
Bu gün səhər saat 09:30 radələrində Bakı-Quba yolunun 121-ci kilometrliyində, yolun Şabran rayonunun ərazisindən keçən hissəsində Qusar rayonu, Əzizbəyov küçəsi, ev 9-da qeydiyyatda olan, 02.11.1976-cı il təvəllüdlü Məcidov Azər Heydər oğlu idarə etdiyi 10 KD 266 dövlət nömrə nişanlı, VAZ 21060 markalı avtomobillə 18-25 yaşlarındakı oğlanı vurub. Üstündə şəxsiyyətini müəyyənləşdirən heç bir sənədi olmayan piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Lent.az-a daxil olan məlumat görə, faktla bağlı artıq cinayət işi açılıb, piyadanın şəxsiyyəti müəyyənləşdirilir.
Lent.az-a daxil olan məlumat görə, faktla bağlı artıq cinayət işi açılıb, piyadanın şəxsiyyəti müəyyənləşdirilir.
1954