Bakıda qanunu pozmuş 24 əcnəbi aşkarlanıb
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozmuş 24 əcnəbi aşkar edilib. Lent.az-ın DMX-nın saytına istinadən verdiyi məlumata görə, 13-18 avqust tarixində qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində ölkə qanunvericiliyinin tələblərinə zidd olaraq, fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş, eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozmuş 24 əcnəbi aşkar edilib. Həmin şəxslər barəsində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.
DMX qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.
DMX qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.
688