Çoban otlaq sahəsində özünü güllələdi
Bu gün Sabirabad rayonunun "Qarasu" adlandırılan otlaq sahəsində güllələnmə hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmin ərazidəki fermadan orada çoban işləyən Səyyad Rəhimov güllə yarası ilə xəstəxanaya gətirilib. S.Rəhimov xəstəxanada ölüb.
Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb. İlkin məlumatlara əsasən, S.Rəhimov sərxoş halda tüfəngdən atəş açaraq özünü öldürüb.
Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb. İlkin məlumatlara əsasən, S.Rəhimov sərxoş halda tüfəngdən atəş açaraq özünü öldürüb.
1507