Bakıda 2 nəfər bıçaqlanıb
22 avqust 2012 12:52 (UTC +04:00)

Bakıda 2 nəfər bıçaqlanıb

Avqustun 21-də Bakıda bıçaqlanma hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1993-cü il təvəllüdlü Nəriman Behbudzadə şəxsi münasibətlər zəminində 1992-ci ildə anadan olmuş Cavanşir Qədirovu bıçaqlayıb. Döş qəfəsindən daxilə nüfuz edən 20 yaşlı C.Qədirov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. N.Behbudzadə isə saxlanılıb.


Oxşar hadisə Qaradağ rayonunda da qeydə alınıb. Lökbatan qəsəbəsində kirayədə yaşayan Cəlilabad rayon sakini Fəzail Məhərrəmov həmyerlisi Ceyhun Məmmədovu bıçaqlayıb. İkinci xəstəxanaya yerləşdirilib. Fakt üzrə araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1012

Oxşar yazılar