Baş Prokurorluq: “Elçibəyin ölümü ilə bağlı cinayət işi başlanıb”
17 avqust 2012 14:41 (UTC +04:00)

Baş Prokurorluq: “Elçibəyin ölümü ilə bağlı cinayət işi başlanıb”

Baş Prokurorluq eks-prezident Əbülfəz Əliyevin zəhərlənməsi faktı ilə bağlı cinayət işinin başlanmasına dair məlumatları təsdiqləyib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Lent.az-a verdiyi məlumata görə, sabiq prezident Əliyev Əbülfəz Qədirqulu oğlunun qəsdən zəhərlənməsi barədə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti Bakı Şəhər Prokurorluğunda araşdırılıb.

“Araşdırma zamanı H. Hacıyev və başqaları Ə.Əliyevin ölümündən əvvəl zəhərlənməsi, bununla əlaqədar onun səhhətinin pisləşməsi barədə məlumat əldə etdiklərini və həmin qanunsuz əməlin qəsdən törədilməsinə kifayət qədər ehtimalların olduğunu bildiriblər. Toplanmış material üzrə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3365

Oxşar yazılar