İrana gedən yardım Qızıl Aypara Cəmiyyətinə təhvil verildi
Azərbaycanın İran Şərqi Azərbaycan vilayətində baş verən zəlzələdən zərər çəkənlərə göndərdiyi humanitar yardım İran tərəfinə təhvil verilib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə FHN tərəfindən İranın zəlzələdən zərər çəkmiş bölgəsinə göndərilən 25 avtomobildən ibarət humanitar yardım İran Biləsuvarında İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinə təhvil verilib.
Humanitar yardıma 3000 ədəd ədyal, 1000 ədəd yataq dəsti, 460 ədəd çadır, 40 ton un, 20 ton düyü, 9 ton çay, 10 ton qənd, 19 ton yağ, 10 ton makaron, meyvə şirələri, içməli su və digər zəruri ərzaq məhsulları daxildir

852