“Mercedes” divara çırpılıb, 1 nəfər ölüb 1 nəfər yaralanıb
28 noyabr 2019 02:17 (UTC +04:00)

“Mercedes” divara çırpılıb, 1 nəfər ölüb 1 nəfər yaralanıb

 

Tovuz rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Nəticədə Əlimərdanlı kənd sakini Aliyev Əhliman Fəzail oğlu  hadisə yerində ölüb, həmkəndlisi Muradov Rauf Arif oğlu isə ağır yaralanıb.

Xəsarət alan R.Muradov Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Hadisə yerinə hüquq-mühafizə orqanları və Təcili Tibbi Yardım briqadası cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1031
avatar

Oxşar yazılar