"ANS ÇM"dən sonra boş qalan tezlik üçün müsabiqə elan edildi - Açıqlama
13 noyabr 2019 17:08 (UTC +04:00)

"ANS ÇM"dən sonra boş qalan tezlik üçün müsabiqə elan edildi - Açıqlama

 

“Bildiyiniz kimi ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşeron ərazisində 102,0 MHz tezliyinə müsabiqə elan olunması barədə qərar qəbul edilib”.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

“ANS ÇM” radiosu bağlanandan sonra həmin tezlik boş qalmışdı. Ona görə də Şurada bununla bağlı qərar qəbul edildi. Yeni radio universal xarakterli olacaq. Hesab edirik ki, buna ehtiyac var. Milli Televiziya və Radio Şurasının apardığı əsas işlərdən biri də budur ki, dövlətə məxsus tezlik resurslarından səmərəli istifadə edilsin. Şura yaranandan sonra bu istiqamətdə xeyli iş görülüb və tezliklərin əksəriyyəti artıq istifadə olunur”, - deyə MTRŞ sədri vurğulayıb.

Qeyd edək ki, MTRŞ “Tеlеviziya və radiо yayımı haqqında” Qanunun 15-ci maddəsinin tələblərini rəhbər tutaraq ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində 102,0 MHz işçi tezliyə müsabiqə elan edib. Müsabiqə üçün tələb оlunan sənədlər 12 noyabrdan 12 dekabradək (şənbə və bazar günləri istisna оlmaqla) MTRŞ-nın inzibati binasında saat 10:00-dan 18:00-dək qəbul еdilir.

# 1187
avatar

Oxşar yazılar

Azyaşlı ilə cinsi əlaqədə olan məktəbli ölümcül döyüldü

Azyaşlı ilə cinsi əlaqədə olan məktəbli ölümcül döyüldü

22 fevral 2024 , 10:39
Azərbaycanda 6 tələbə  dəm qazından zəhərləndi

Azərbaycanda 6 tələbə dəm qazından zəhərləndi

22 fevral 2024 , 10:35
Bakıda narkotiklə tutulan şəxs öldü

Bakıda narkotiklə tutulan şəxs öldü

22 fevral 2024 , 10:27
Kürdəxanıda avtomobil qadını vurub öldürdü

Kürdəxanıda avtomobil qadını vurub öldürdü

22 fevral 2024 , 10:21
Bakıda maşın qadını vurub öldürdü

Bakıda maşın qadını vurub öldürdü

22 fevral 2024 , 09:54
Şagird binadan yıxılıb öldü

Şagird binadan yıxılıb öldü

22 fevral 2024 , 09:27
Bakıda “Prius” ağacı kökündən qopardı - FOTO

Bakıda “Prius” ağacı kökündən qopardı - FOTO

22 fevral 2024 , 06:33
Kamil Zeynallı Bakıya qayıtdı - VİDEO

Kamil Zeynallı Bakıya qayıtdı - VİDEO

22 fevral 2024 , 05:39