Yataq otağını necə daha rahat etmək olar?
26 may 2023 13:41 (UTC +04:00)

Yataq otağını necə daha rahat etmək olar?

Dizayner Yuliya Tuçino yataq otağında ediləcək müəyyən dəyişikliklərdən danışıb. 

Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, dizayner bildirir ki, yataq otağında müxtəlif qoxulu şamlar yandırmaq stressin azalmasına səbəb olacaq. 

Onun sözlərinə görə, bunun nəticəsində yuxunu yaxşılaşdıra, rifahı artıra və həmişə yaxşı əhval-ruhiyyədə ola bilərsiniz:

“Həmçinin döşək və yastıq çox yumuşaq olmalıdır. Yatağın üzərinə ən az 3 yastıq qoymaq lazımdır. Yataq otağı mümkün qədər geniş olmalıdır. Çünki yataq otağının dar olması psixoloji olaraq insanda stressing yaranmasına səbəb olur”.
 

# 1776
avatar

Arzu Qurbanlı

Oxşar yazılar