Yataq otağında yuxuya getməyinizə  mane olan SƏHVLƏR
19 dekabr 2024 18:14 (UTC +04:00)

Yataq otağında yuxuya getməyinizə mane olan SƏHVLƏR

Keyfiyyətli, sağlam gecə istirahətinə mane olan təkcə stress və narahatlıq deyil.

Lent.az yataq otağının təmiri zamanı edilən səhvləri ssadalayır:

İlk səhv: yanlış rəng seçimidir

Yataq otağında qırmızı rəngdən istifadə etməmək məsləhətdir. Əgər həqiqətən istəsəniz çarpayının başlığını qırmızı rəngdə bəzəyə bilərsiniz.

Qara da yaxşı deyil. Çox ehtiyac duyulan alacakaranlığı yaratsa da, yenə də narahatlığa səbəb olur. Yataq otağı üçün ən yaxşı variantlar mavi, yaşıl və digər rahatlaşdırıcı rənglərin çalarlarıdır.

İkinci səhv: səs-küy

Bu vizual səs-küyə aiddir. Bütün boş yerləri mebel və ya bəzək əşyaları ilə doldurmayın. Yataq otağında daha çox boş yer olsun. Bu, ümumiyyətlə, mebel və dekorasiyaya aiddir.

Üçüncü səhv: rahatlıq

Ev tekstili olmadan yataq otağında rahat bir atmosfer yaratmaq mümkün deyil. Buna görə də, pərdə seçiminə diqqət yetirin, yerə xalça qoyun və yaxşı yataq dəsti alın.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2247
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar