Evinizdəki kranların uzun müddət parlaq qalmasını istəyirsinizsə, bu sadə, amma çox effektli üsulu sınayın.
Lent.az-ın xarici KİV-ə istinadla xəbrinə görə, bu metoddan yalnız təcrübəli ev sahibləri xəbərdardır və ən əsası, nə bahalı, nə də kimyəvi vasitələrə ehtiyac yoxdur.
Hətta ən təmiz ev belə kranlarda su ləkələri, əhəng çöküntüləri və tutqunluq əmələ gəldikdə əvvəlki cazibəsini itirir. Müntəzəm təmizləməyə baxmayaraq, parıltı bir neçə gün ərzində solur. Peşəkar təmizlik mütəxəssisləri isə bir sirr bilir: kranların 3 aya qədər əlavə qulluq olmadan parlaq qalmasının üsulu var.
Vanna və mətbəx kranlarını yeni kimi parıldatmaq üçün nə ilə silmək lazımdır
Uzunmüddətli parıltı üçün universal vasitə parafin və ya mumdur. Kranın parlaq və təmiz görünməsi üçün onu sadəcə parafin və ya mumla silmək kifayətdir. Bu, rəngsiz şam, mum karandaşı və ya mebel cilalamaq üçün nəzərdə tutulan parafin əsaslı vasitə ola bilər.
Kranı necə düzgün şəkildə silmək olar
Kranı adi qaydada - sabun və ya sirkə ilə yuyun, bütün çirki və çöküntünü təmizləyin.
Qurudun - səthdə bir damcı da su qalmamalıdır.
Parafin və ya mumu nazik təbəqə şəklində, suyun toplanma ehtimalı olan bütün hissələrə çəkin.
Yumşaq parça ilə (mikrofiber və ya flanel dəsmal) parıldadın. Bu cür işləmədən sonra səthdə nazik qoruyucu təbəqə əmələ gəlir. Bu təbəqə suyu itələyir və əhəng çöküntülərinin əmələ gəlməsinin qarşısını alır.
Kranları parafin və ya mumla silməyin təsiri necə olur
Parafin və mum metaldan suyu itələyən yəni hidrofon effekt yaradan qoruyucu təbəqə yaradır. Su metalın üzərində qalmaq əvəzinə damcı şəklində yığılır və asanlıqla axıb gedir. Bunun nəticəsində:
Kranlar sərt suda belə tutqunlaşmır
Barmaq izləri səthdə qalmır;
Gündəlik istifadədə belə parıltı 3 aya qədər qorunur. Daha güclü effekt üçün parafinlə bir az qliserini qarışdırmaq və nazik təbəqə ilə çəkmək olar. Əgər qızılı və ya bürünc tonlarda kranlarınız varsa, arı mumu seçin o, ağ izlər buraxmır. Aşındırıcı süngərlərdən istifadə etməyin, çünki onlar qoruyucu təbəqəni silib aparır.