SSRİ-dən qalma köhnə şam ağacı oyuncaqları - Tərkibində radiasiya var
25 dekabr 2025 15:23 (UTC +04:00)

SSRİ-dən qalma köhnə şam ağacı oyuncaqları - Tərkibində radiasiya var

0

İllərlə qalan köhnə şam ağacı oyuncaqları bu gün yenidən dəbdədir. Sadə görünüşü və qaranlıqda parlaması ilə diqqət çəkən bu vintaj bəzəklər kolleksiyaçılar arasında da böyük maraq doğurur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu parıltı təhlükəli ola bilər.

Lent.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, XX əsrin birinci yarısında dünyanın bir çox ölkəsində, o cümlədən SSRİ-də tərkibində radioaktiv maddələr olan məişət əşyaları kütləvi şəkildə istehsal edilirdi.

Фото к тексту Фонящий винтаж. На фото: светящиеся игрушки

Radium boyalı şam ağacı oyuncaqları ən riskli məişət əşyalarından sayılırdı. Saatlardan fərqli olaraq, onların üzərində qoruyucu şüşə və ya metal örtük yox idi. Uşaqlar və böyüklər onları əlləri ilə toxunur, zamanla isə boya tökülərək radiumun mikrozərrəciklərini evə yayıla bilirdi.

Daim parlayan bu boyaya “daimi təsirli işıq tərkibi” deyilir. Onun tərkibində gamma şüaları, alfa və beta hissəcikləri yayan radionuklidlər olurdu. Bu maddələr onilliklər boyu işıq saçmaq qabiliyyətinə malik idi.

Фото к тексту Фонящий винтаж. На фото: елочные игрушки

1953-cü ildə SSRİ-də pambıq, kağız, karton və şüşədən hazırlanmış belə Yeni il oyuncaqları buraxılırdı. Bu oyuncaqlar çox kövrək olduğundan günümüzə nadir hallarda gəlib çıxıb. Lakin çardaqlarda qalan bəzi nümunələr bu gün yenidən yolkalara qayıda bilər.

Biləkdə “Ural”

1950-ci illərin əvvəllərində Çelyabinskdə işıqlı “Ural” saatlarının istehsalına başlanmışdı. Onların parlamasının sirri radium-226 duzlarından hazırlanan həmin boyada idi. Əvvəlcə bu saatlar hərbçilər, pilotlar, sualtı qayıqçılar və tankçılar üçün nəzərdə tutulmuşdu.

Фото к тексту Фонящий винтаж. На фото: часы Урал

Radiasiya o dövrdə əsasən təhlükəsiz sayılırdı. Şüalanmanın 92 faizi şüşə ilə saxlanılan alfa hissəciklərindən ibarət idi. Lakin qalan 8 faiz beta və gamma şüaları real risk yaradırdı. Bu gün “Ural”, “Kama”, “Komandirskie” kimi vintaj saatlar saatda 5000–10000 mikrorentgenə qədər fon verə bilir. Halbuki norma cəmi 30-dur.

Фото к тексту Фонящий винтаж. На фото: елочные игрушки

Məktəbliyə “faydalı” hədiyyə

Ən kütləvi və gözəgörünməz radiasiya mənbələrindən biri Andrianov kompası idi. 1960-cı illərin ortalarına qədər onun oxu və şkalası radium boyası ilə örtülürdü. Uşaq bu cihazı saatlarla əlində saxlayırdı.

Фото к тексту Фонящий винтаж. На фото: компас Андрианова

Təhlükəli nümunəni tanımaq asandır. Əgər kompas 1965-ci ildən əvvəl istehsal olunubsa və sarımtıl (xardal rəngli) işıq saçırsa, böyük ehtimalla radioaktivdir. Sonralar boya təhlükəsiz lyuminoforla əvəz edilsə də, rəng dəyişməyib.

Uran şüşəsi: gözəl, amma qorxulu

Şüşəyə uran birləşmələrinin qatılması ənənəsi SSRİ-yə hələ inqilabdan əvvəlki Rusiyadan keçmişdi. 1950-ci illərdə uran şüşəsindən külqabılar, vazalar və dekorativ boşqablar istehsal olunurdu.

Фото к тексту Фонящий винтаж. На фото:

1970–80-ci illərdə bəzi zavodlar tullantıların “utilizasiyası” çərçivəsində xammala təbii uran qatırdı. Bu, məmulatlara qeyri-adi rəng və yüksək sıxlıq verirdi. Radiasiya səviyyəsi yüksək olmasa da, belə qabların daimi istifadəsi məsləhət deyil.

Bundan əlavə, torium şüşəsi də mövcud idi. Kristala xüsusi parlaqlıq və ağırlıq vermək üçün tərkibinə torium dioksidi əlavə edilirdi. Belə qablar elit sayılırdı. Rəfdə durduqda təhlükə azdır, lakin turş içkilər toriumun şüşədən ayrılmasına səbəb ola bilər. UV lampa ilə yoxladıqda torium şüşəsi parlaq yaşıl rəngdə işıldayır.

Tumblerlər və detektorlar

1960-cı illərin ortalarına qədər SSRİ-də istehsal olunan bəzi tumbler və açarların göstəriciləri də radium boyası ilə örtülürdü. Bu hissələr sonradan radiohəvəskarların əlinə düşür, köhnə avtomobillərə quraşdırılırdı. Bəzilərinin şüalanması bu gün də saatda iki rentgenə çata bilər.

Фото к тексту Фонящий винтаж. На фото: радиолюбители

Hətta 1970-ci illərdə belə yanğın təhlükəsizliyi sistemlərində radioizotoplu tüstü detektorlarından istifadə olunurdu. Onların tərkibində plutonium-239 və ya nikel-63 vardı. Belə cihazların yaxınlığında radiasiya fonu 300 mikrorentgenə çata bilirdi. Doğrudur, onlar artıq xüsusi təhlükə nişanı ilə işarələnirdi.

Фото к тексту Фонящий винтаж. На фото: датчик дыма РИД

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar