Ev bitkilərinin əsas məqsədi havanın tərkibini yaxşılaşdırmaqdır.
Lent.az sizə oksigen istehsal edən fabric adlandırılan ev bitkilərini təqdim edir:
Aloe
Sadə görünən bu şirəli bitki heç vaxt çiçək açmaya bilər, amma bunun əhəmiyyəti yoxdur.
Əsas odur ki, havanı bir çox sintetik materiallarda olan zəhərli maddələrdən təmizləməklə məşğul olur.
Aloe sizi benzol və formaldehiddən qoruyacaq və yuxunun keyfiyyətinə, insan sağlamlığına müsbət təsir edəcək.
Lavanda
Bitkinin ətri sinir sisteminə faydalı təsir göstərir.
Lavanda yuxu problemlərini həll edir və çaya da əlavə edilə bilər.
Sansevieria
İnsanlar arasında "qaynananın dili" kimi tanınan sansevierianın zəngin yaşıl rəngli uzun, düz və dar yarpaqları var.
Bu bitki hətta gecələr də havanı təmizləmək üçün işini dayandırmır, bu da onu yataq otağı üçün daha faydalı edir.
Qeyd etmək lazımdır ki, sadalanan bu bitkilərin baxımı heç bir problem yaratmır.