Mətbəx çanağındakı xoşagəlməz qoxunu  yox etməyin yolları
13 mart 2026 11:37 (UTC +04:00)

Mətbəx çanağındakı xoşagəlməz qoxunu yox etməyin yolları

0

Mətbəx çanağından gələn pis qoxu adətən kanalizasiya borularında yığılan yağ qalıqları, qida hissəcikləri və sabun çöküntüsü səbəbindən yaranır. Bu mühit bakteriyaların çoxalmasına şərait yaradır və nəticədə xoşagəlməz qoxu əmələ gəlir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, problemi həll etmək üçün güclü kimyəvi vasitələrdən istifadə etmədən sadə üsuldan yararlanmaq olar. Bunun üçün soda və duz qarışığı effektiv təmizləyici rolunu oynayır. Soda yağ qatlarını parçalayır, duz isə antiseptik təsir göstərərək bakteriyaların azalmasına kömək edir.

Axşam saatlarında mətbəx çanağının drenaj dəliyinə bir stəkan soda və yarım stəkan duz tökün. Qarışığı gecə boyu borularda saxlayın. Səhər isə təxminən iki stəkan qaynar suyu ehtiyatla drenaja tökün. Bu, yumşalmış çöküntünü yuyaraq boruların təmizlənməsinə və qoxunun aradan qalxmasına kömək edəcək.

Bu üsulu profilaktik olaraq hər iki aydan bir təkrarlamaq məsləhətdir. Lakin borular plastikdirsə, qaynar su əvəzinə isti kran suyu istifadə etmək daha təhlükəsizdir.

Unutmayın ki, bu üsul yalnız yüngül çirklənmə və qoxular üçün effektivdir. Boru tam tutulubsa, peşəkar santexnikin köməyinə ehtiyac ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar