Kanalizasiyadan gələn xoşagəlməz qoxuları aradan qaldırmağın yolu
22 dekabr 2023 11:10 (UTC +04:00)

Kanalizasiyadan gələn xoşagəlməz qoxuları aradan qaldırmağın yolu

Kanalizasiya sistemindən gələn xoşagəlməz qoxu evdəki borularla bağlı problemlərə görədir.

Lent.az xəbər verir ki, çox vaxt bu, qabların yuyulmasından sonra qalan qida qalıqlarının yığılmasını göstərir. 

Əksər hallarda problem mağaza rəflərində bolca satılan aqressiv kimyəvi maddələrlə həll olunur. Ancaq bu zaman mətbəxdə olan gündəlik istifadə etdiyimiz məhsullar da köməyimizə gələ bilər. 

Lavabonuzdan gələn kanalizasiya qoxusunu necə aradan qaldırmaq olar?

Su, sirkə və soda

Soda və sirkəni bir qabda qarışdırın və bir müddətdən sonra tez kanalizasiyaya tökün. 30 dəqiqədən sonra isə oraya qaynar su əlavə edin. 

Duz, buz və limon

Kanalizasiya borusuna bir neçə buz kubu və bir az duz tökün. Daha sonra qoxunu aradan qaldırmaq üçün limon qabığı əlavə edin.

Ağ sirkə və soda

Bir stəkan soda və sirkə götürün, birləşdirin və alınan məhlulu daha sonra kanalizasiya tökün. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 31053
avatar

Sevinc Fərid

Oxşar yazılar