Həftənin bu günləri ev süpürmək olmaz,  əks halda...
08 iyul 2025 14:38 (UTC +04:00)

Həftənin bu günləri ev süpürmək olmaz, əks halda...

Çoxsaylı mədəniyyətlərdə ev təmizliyi, xüsusilə döşəmənin süpürülməsi ilə bağlı inanclar mövcuddur. Həftənin bəzi günləri və günün müəyyən saatları xüsusi enerjiyə sahib sayılır və belə vaxtlarda təmizlik etmək təkcə zibili deyil, həm də evdən pul, uğur, xoşbəxtlik və hətta sağlamlıq kimi dəyərləri də "süpürmək" anlamına gəlir.

Lent.az xarici mediaya istinadən hansı günlərdə və hansı hallarda süpürgə istifadə etməməkə bağlı xəbər verir. 

Bazar ertəsi süpürmək olmaz

Həftənin ilk günü yeni işlərə başlamaq tövsiyə edilmir, xüsusilə də təmizlik etməyə. İnanclara görə, bazar ertəsi süpürmək evdən pulu və ailə üzvləri arasında anlaşmanı "süpürüb aparır". Həmçinin bu, mükafat və gözlənilməz gəlirlərin qarşısını alır. Bu gün sakit keçməli, planlara fokuslanmalı, təmizliyə isə əl atılmamalıdır.

Cümə günü süpürmək olmaz

Cümə günü çox zaman yüngül və xoş gün sayılsa da, təmizlik üçün uğursuz gün sayılır. Ezoterik inanclara görə, bu gün süpürmək həyatınıza gələcək xoş hadisələri "yuyub aparmaq" deməkdir.

Bu, imkanlar axınının və yeni tanışlıqların qarşısını kəsə bilər. Əgər mütləq təmizlik lazımdırsa, onu şənbə gününə saxlamaq məsləhətdir.

Bazar günü təmizlik etmək təhlükəlidir

Bu gün fiziki əməkdən, o cümlədən təmizlikdən uzaq durmaq tövsiyə olunur. Bazar günü dua, istirahət və ailə ilə vaxt keçirmək üçün ayrılmalıdır. Ev işləri, xüsusilə süpürmək günah sayılır və Allahın mərhəmətini "yayındıra" bilər. Bu inanca görə, ənənəni pozmaq yorğunluq, xəstəlik və kədər gətirir.

Gün batandan sonra süpürmək olmaz

Xalq inanclarına görə, gün batandan sonra süpürgə itki simvoluna çevrilir: pulun, rahatlığın və daxili gücün itkisinə. Gecə vaxtı təmizlik evin enerjisini "qarışdırır" və mənfi enerjiyə yol açır. Bu səbəbdən təmizliyi günəş batmazdan əvvəl başa çatdırmaq məsləhətdir.

Axşamlar zibil atmaq kasıblıq gətirir

Bir çox ənənədə gün batandan sonra zibil atmaq qadağandır. İnanclara görə, bu zaman zibilin içində evdən bolluq və rifah da çıxıb gedir. Xüsusilə təmizlik günü axşam zibil atmaq arzuolunmazdır. Gəliriniz zibil torbasına "ilişə" bilər. Maliyyə itkisi riskindən qaçmaq üçün zibili səhərlər atmaq daha doğrudur.

Qapı astanasından süpürmək olmaz

Xalq inanclarında qapı astanası güclü enerjiyə sahib yerdir , evin və xarici dünyanın kəsişmə nöqtəsidir. Buradan süpürmək evdə mübahisələrə, anlaşılmazlıqlara və hətta birinin evdən getməsinə səbəb ola bilər.
Həmçinin bu yolla sevgini və harmoniyanı da "süpürüb çıxarmaq" mümkündür. Bu səbəbdən süpürgə otaq daxilində qalmalıdır.

Ortadan kənara doğru süpürmək olmaz

Süpürmənin düzgün istiqaməti divarlardan otağın ortasına doğrudur. Əgər əksinə süpürsəniz, sakinlərin gücünü, enerjisini və sağlamlığını "evdən çıxarırsınız".

İnanclara görə, bu, evdəki müsbət enerjinin dövranını pozur. Süpürgənin hərəkət istiqaməti kimi kiçik bir detal belə ailənin rifahına təsir edə bilər.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 732

Oxşar yazılar