Mütəxəssislər xəbərdarlıq edirlər ki, bir çox məişət cihazı söndürülmüş görünsə də, gözləmə rejimində enerji sərf etməyə davam edir. Bu isə həm artıq xərclərə, həm də gərginlik sıçrayışı zamanı yanğın riskinə səbəb ola bilər.
Lent.az xarici mediaya istinadla evdən çıxarkən şəbəkədən ayırmalı olduğunuz cihazların siyahısını təqdim edir.
Televizor və kino sistemləri. Pultla söndürmək kifayət etmirş Cihaz 10%-ə qədər enerji sərf edir. Konsol, saunbar və digər avadanlıqları da tam söndürmək lazımdır.
Enerhi cihazları. Elektrik yuvasında boş qalan adapterlər qızaraq yanğın təhlükəsi yarada bilər. Onları mütləq çıxarın.
Kompüter və router. Söndürülmüş halda da enerji sərf edirlər. Gün boyu qoşulu qalan Wi-Fi router ay ərzində 2–3 kVt/s əlavə xərc yaradır.
Mikrodalğalı soba və qəhvəbişirici. Saat və ya hazır vəziyyət funksiyası səbəbindən enerji sərf edir. Şəbəkədən ayırmaq həm qənaət, həm də qorunma deməkdir.
Xırda məişət texnikası. Toaster, fen, elektrik çaydanı kimi cihazlarda işıqlandırma və ya taymer varsa, onlar da enerji sərf edir. Üstəlik, nasaz fen rozetkada qalarsa, yanğına səbəb ola bilər.