Evdə tarakanlardan qurtulmağın  asan yolu
25 oktyabr 2025 11:29 (UTC +04:00)

Evdə tarakanlardan qurtulmağın asan yolu

0

Tarakanların evdə görünməsi mətbəxin çirkli olması ilə bağlı olmaya bilər. Zərərvericilər çox zaman qonşu mənzillərdən keçərək hətta tam təmiz evlərdə belə peyda olur. Onlar təhlükəli xəstəliklərin daşıyıcısı olduqları və sürətlə çoxaldıqları üçün problemə dərhal reaksiya verilməlidir. Bu baxımdan mütəxəssislər tarakanlardan qurtulmaq üçün ev şəraitində hazırlanan ən ucuz və ən təsirli vasitəni açıqlayıblar.   

Bu barədə Lent.az xəbər verir evdə tək bir tarakanın aşkarlanması belə, təhlükə siqnalıdır.

Bu həşəratlar yalnız xoşagəlməz görüntüyə malik deyil, həm də öz ayaqlarında xəstəlik törədiciləri daşıyırlar. Onların çoxalma sürəti nəzərə alınarsa, gecikmə bütün mənzilin zərərvericilərlə yoluxmasına səbəb ola bilər.

Kimyəvi maddələrdən istifadə çoxları üçün ilk çıxış yolu olsa da, daha təhlükəsiz və daha ucuz alternativ evdə hazırlanmış qarışıqdır. Onu hazırlamaq üçün bu dörd inqrediyent kifayətdir:

1 stəkan boraks, 1 stəkan qarğıdalı unu, yarım stəkan buğda unu, dörddə bir stəkan şəkər.

Bütün inqrediyentlər qabda yaxşıca qarışdırılır. Şəkər və un tarakanları cəlb edir, boraks isə onlar üçün zəhərli təsir göstərir.

Hazır toz qarışığı tarakanların daha çox göründüyü yerlərdə səpmək lazımdır. Adətən bu məkanlar qaranlıq və isti yerlər olur: soyuducunun arxası, mətbəx dolabları, sobanın altı və yağın axdığı sahələr, eləcə də əl-üz yuyanların alt hissəsi. Tozun üzərindən keçən zərərvericilər onu yeyir və qısa müddət sonra məhv olurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 450

Oxşar yazılar