Dünyanın ən kiçik paxlavasını bişirdilər - 0,6 millimetr
07 avqust 2025 10:49 (UTC +04:00)

Dünyanın ən kiçik paxlavasını bişirdilər - 0,6 millimetr

Çay qaşığının ucuna yerləşən bir yemək təsəvvür edə bilərsinizmi? Türkiyəli tanınmış şirniyyatçı Nejat Yıldırım bunu mümkün etdiyini sübut edib. O, dünyanın ən kiçik paxlavasını hazırlayıb və bu uğuru ilə Ginnesin Rekordlar Kitabına düşüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Yıldırım illərdir ənənəvi türk şirniyyatlarının mikroskopik versiyalarını hazırlamaqla məşğuldur.

Onun sonuncu şedevr işi cəmi 0.6 mm uzunluğa və 0.3 mm enə malik olan paxlava –orijinal paxlavanın bütün qat və komponentlərini özündə əks etdirir: fıstıq unu, şəkər və yağdan hazırlanıb.

Bu qədər kiçik ölçüdə belə bir şirniyyatı hazırlamaq xüsusi bacarıq, texnika və dəqiqlik tələb edir. Yıldırım bu işdə mikroskop, nazik iynələr və özünün hazırladığı mini alətlərdən istifadə edir. Bir mikro paxlavanın hazırlanması bir neçə saatlıq incə və diqqətli iş deməkdir. Kiçik bir səhv belə, bütün konstruktoru məhv edə bilər.

Əllə toxunmaq yox, mikroskopla baxmaq olar

Paxlavanın detalları adi gözlə görünməyəcək qədər kiçikdir. Yalnız güclü mikroskop vasitəsilə qatların strukturu və naxışları aydın görünür. Bu qeyri-adi paxlava Ginnes tərəfindən rəsmi şəkildə tanınıb və Yıldırımın ustalığını, səbrini və sənət sevgisini təsdiqləyib.

Kulinariya sənəti və səbrin simvolu

Yıldırım mikro türk şirniyyatlarından ibarət kolleksiya da yaradıb. Onun əsərləri miniatür ölçüdə maksimum detala sahib olmasıyla dünya mediasında böyük maraq doğurur.

Bu rekord sübut edir ki, kulinar sənəti yalnız dadla deyil, həm də vizual incəliklə ölçülə bilər. Bu, həm fiziki sərhədlərə, həm də insan gözünün imkanlarına meydan oxuyan bir nailiyyətdir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 297

Oxşar yazılar