Dəm çaynikindəki artıqları atsanız peşman olacaqsınız
29 dekabr 2023 13:36 (UTC +04:00)

Dəm çaynikindəki artıqları atsanız peşman olacaqsınız

İnsanların ən çox sevdiyi içkilərdən biri də çaydır. Günün istənilən vaxtında dadmaq mümkün olan çay bitdikdən sonra çaydanın dibində qalan artıqlar zibil qutusuna atılır. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, dəmin artığını peçenye xəmirinə də əlavə edə bilərsiniz.

Dəm artığı əla dezodorantdır. Xüsusilə soyuducuda pis qoxuların əmələ gəlməsinin qarşısını almaq üçün istifadə edilə bilər.

Həmçinin qabları təmizləmək üçün əla vasitədir. Bir cızıq belə buraxmadan inadkar ləkələri yox edir. Bitki gübrəsi almağı düşünürsənsə, ehtiyac yoxdur. Çay artığını çiçəklərinizin dibinə tökmək kifayətdir.

Çaydan qalan artıqla dəri maskası düzəldə, dərinizi ölü dərilərdən təmizləyib cavanlaşdıra bilərsiniz.

Dəm artığı çox yaxşı həşəratqovucudur. Onların olduğu yerlərdə çay artığı qoysanız, tezliklə milçəklərin və həşəratların yox olduğunu görəcəksiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21264
avatar

Arzu Qurbanlı

Oxşar yazılar