Bu otaqlarda divar kağızı yapışdırmaq   olmaz - Təhlükəlidir
30 mart 2024 09:57 (UTC +04:00)

Bu otaqlarda divar kağızı yapışdırmaq olmaz - Təhlükəlidir

Bir çox ev sahibləri mənzilin bütün otaqlarına divar kağızı yapışdırır. Ancaq bu doğru deyil. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bəzi otaqlara divar kağızı vurmamaq məsləhətdir. 

Bunlara misal olaraq vanna otağı, dəhliz və mətbəxi deyə bilərik. 

Mütəxəssislərin fikrincə, hamamda divar kağızı yapışdırmamalısınız. Çünki o islana bilər. Bununla da, örtük soyulur. Nəticədə otaqdakı hava nəmli divarlara görə həmişə köhnəlmiş və kif iyi verəcək. 

Bundan əlavə, dəhlizə də divar kağızı çəkməmək daha yaxşıdır. Orada geyimlər və daim hərəkət edən əşyalar (məsələn, idman avadanlığı) səbəbindən çirklənəcəklər. Dizaynerlər həmçinin mətbəxdə, xüsusən də, sobanın ətraf hissələrində divar kağızı yapışdırmağı məsləhət görmür. Köhnə mənzillərdə və ya fərdi evlərdə soba yaxınlığında divar kağızı çəkməməlisiniz. Onlar soyulur, saralır və sonda isə bu təhlükəyə səbəb olur.

# 2379
avatar

Sevinc Fərid

Oxşar yazılar