2 milyon dollara satışa çıxarılan  “gəzən ev”
23 avqust 2021 19:39 (UTC +04:00)

2 milyon dollara satışa çıxarılan “gəzən ev”

Dembell Motorhomes şirkətinin son model karavanı, adətən lüks görünüşlü evləri xatırladır. 

Lent.az-ın məlumatına görə, bu səyyar ev rəsmi olaraq avqustun 27-də satışa çıxarılacaq. Onun qiyməti isə nə az, nə çox 2 milyon dollardır. 

Səyyar evin içində şəffaf şüşəli qapılar otaqları bir-birindən ayırır. Modelindən aslı olaraq bu evdə velosiped, skuter, hətta avtomobil və 2 nəfərlik idman maşını üçün qaraj var. 

Ən diqqət çəkici xüsusiyyətlərindən biri də, yataq otağının kənara doğru hərəkət edərək daha da genişlənə bilməsidir. 


Sevinc Fərid

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3225
avatar

Oxşar yazılar