Yük maşını avtomobillərə və binaya çırpıldı: 10 ÖLÜ, 14 YARALI -YENİLƏNİB
07 avqust 2023 07:26 (UTC +04:00)

Yük maşını avtomobillərə və binaya çırpıldı: 10 ÖLÜ, 14 YARALI-YENİLƏNİB

Tacikistanda yük avtomobilinin iştirakı ilə baş verən avtomobil qəzasında 10 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, bu barədə Tacikistan DİN məlumat yayıb. 

***

01.13

Tacikistanın Kulyab şəhərində tormozu sıradan çıxan  yük maşını bir neçə minik avtomobilinə və iki yaşayış binasına çırpılıb.

Lent.az-ın Tacikistan Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var. Faktla bağlı cinayət işi başlanıb.

DİN-də yaralanan və ölənlərin sayı dəqiqləşdirilməyib. Sosial şəbəkələrdə qəza yerindən yük maşını və dağılmış binanın görüntüləri yayılıb.

Tacikistan prezidenti Emoməli Rəhmonun tapşırığı ilə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri, səhiyyə naziri və Fövqəladə Hallar Komitəsinin sədri qəza yerinə gediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3162
avatar

Oxşar yazılar