Yaponiyada şiddətli yağış xəbərdarlığından sonra cənub-qərb əyalətlərində təxminən 330.000 insanın təxliyə olunman əmri verilib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ölkənin Meteoroloji Agentliyi, Yapon dənizinin sahil əyalətləri üçün güclü yağış, sel və torpaq sürüşməsi xəbərdarlığı edib.
Cənub-qərbdəki Şizuoka əyalətində yağan güclü yağışdan sonra meydana gələn torpaq sürüşməsi 7 nəfərin ölümünə səbəb olub. Daha 27 nəfərin isə axtarışı davam edir.
Sevinc Nurəddinova